» » "Çantamda silah gəzdirirdim" -


Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişindəki açıqlaması ilə gündəmə gəlib.

Müğənni bir vaxtlar çantasında silah gəzdirdiyini etiraf edib:

"Sovet höküməti dağılandan sonra Heydər Əliyev hakimiyyətə gələnə qədər olan bir-iki il ərzində xalqımız çox əziyyət çəkirdi. Toylarda davalar düşürdü.

Mənə baxırsız ki, adi qadındır. Amma mən də bir vaxtlar çantamda silah gəzdirirdim. Bloka silahsız girmək olmurdu. Hər an bizi hər şey gözləyə bilərdi. Silahı çəkib, sumkamı sinəmə basıb girirdim içəri.

Yanımda sürücü olurdu, amma nə olsun? Hər addımda qabaqkəsmək, oğurluq, adam öldürmək olurdu".



Axsam.az