» » "Pulu az olan elə gözəl yaşayır" -


"78 yaşım var. Heç vaxt siqaret çəkməmişəm. Arzu edirəm ki, sənətkarlar düz yol tapsınlar, gümrah olsunlar. Yaşamağa həvəs olsun. Yeyib-içən, kef adamı olmuşam. Amma cana da qulluq edirəm".

starxeber.az-ın məlumatına görə, bu sözləri xaql artisti Aftandil İsrafilov "5/5" verilişində deyib. Qarmon ifaçısı sənət adamlarından söz açıb. 

İsrafilov aparıcı Zaur Kamalın "Hansı sənətkar var, pis yola düşür. Eşidirsən ki, sənəti, şan-şöhrəti var, amma pil yolun yolçusudur, buna görə də dünyasını dəyişdi" sözlərinə belə münasibət bildirib:

"İradə möhkəm olmalıdır. Pulu az olan yaşaya bilmir? Elə gözəl də yaşayır, sağlam. Mən o yola düşmədim. Mənim ağlım o deyil".