» » Polis Akademiyasında Müşfiq Abbasovla görüş keçirildi

Polis Akademiyasında Müşfiq Abbasovla görüş keçirildi


Detektiv yazıçı Müşfiq Abbasovla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əlaçı kursantları arasında görüş keçirilib.

"STAR XƏBƏR" xəbər verir ki, Akademiyanın kitabxanasında səmimi ortamda baş tutan görüşdə kursantlar yazıçı arasında "Şeytanın siması" kitabındakı polis əməkdaşlarının fədəkarlığı, cinayətkarların gizlənmə üsullarının aşkara çıxarılması tədbirləri, vətənpərvərlik, ailə bağlarına sadiqlik və sair mövzularda maraqlı diskusiya aparılıb.

M.Abbasov belə bir görüşü təşkil etdiyinə görə Akademiyanın rəhbərliyinə minnətdarlıq edib və sonda "Şeytanın siması" kitabını təlim və təhsildə fərqlənən kursantlara öz imzası ilə hədiyyə edib.