» » “Şou-biznesdə hamı Aygün Kazımovanı təkrarlayır”

“Şou-biznesdə hamı Aygün Kazımovanı təkrarlayır”


Müğənni Ayan Babakişiyeva Xalq artisti Aygün Kazımovanın "İndi sənsiz" mahnısını oxuyub və klip çəkdirib. 

"STAR XƏBƏR" xəbər verir ki, ekran işini "Xəbər-ətər" proqramında təqdim edən ifaçı üçün ölkənin əsas ulduzu efirə zəng edib. 

Pop diva "Ayan, səni təbrik edirəm. Gözəl alınıb, belə gözləmirdim. Fərqli olub. Bu mahnı mənə uğur gətirdi. İnanıram ki, həmin uğurdan sənə də pay düşəcək. Hər addımında sənə uğurlar diləyirəm" deyə, Ayana dəstək olub.

A.Babakişiyeva isə təşəkkürünü bildirərək "Videolarına baxıram, deyirəm zaman Aygün Kazımova üçün geriyə gedir. Yeganə ifaçıdır ki, sənət fədayisidir. Heç vaxt demir ki, bu işə filan qədər pul qoyub götürəcəyəmmi? Onun üçün məbləğ, limit yoxdur. Mən onun etdiklərini riskə ala bilməzdim. Ölkənin divası, əsas ulduzu... O, edir, ondan sonra təkrarlar başlayır. Hər şeyi ilk o edir. Sonra şou-biznesdə başlayırlar onu təkrarlamağa. Hər kəs bilir ki, Aygün Kazımova əlçatmazdır" sözlərini əlavə edib.