» » Ankarada azərbaycanlı rüzgarı əsdi

Ankarada azərbaycanlı rüzgarı əsdi


Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov ilk dəfə Türkiyədə solo konsert verib. 

"STAR XƏBƏR" xəbər verir ki, pop ulduz Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Ankarada səhnəyə çıxıb. 

Azərbaycanlı və türk tamaşaçılarına hitlərini ifa edən Seyran Türkiyədəki ilk konsertindən məmnunluq duyduğunu dilə gətirib.
Ankara Büyükşehir Belediyesinin təşkilatçılığı ilə keçirilən musiqili gecə “Yahyalar Aile Yaşam Merkezi” açıq hava konsert salonunda baş tutub.

Qeyd edək ki, Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli "The Voice" (Səs) layihəsinin iştirakçısıdır.