» » İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə verir - SƏBƏB

İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə verir - SƏBƏB


Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi məhkəməyə verir.
 
"STAR XƏBƏR" xəbər verir ki, o, bu haqda "O üz" verilişində deyib.
 
O bildirib ki, Ə.Mirəliyev 7 ildir İ.Quliyeva haqqında xoşagəlməz sözlər danışır:

"İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də ki, danışığını bilir. İlhamə hər zaman belə insanlardan uzaq olub. İlhamə Quliyeva özünə hörmət edən insan, xanım olub. Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Əlini məhkəməyə verəcəyəm. Nə qədər olar? İlhamə Quliyeva 7 ildir ki, dünyasını dəyişib, Əli Mirəliyev dayanmır ki, dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?".

 

Qeyd edək ki, Ə.Mirəliyev İ.Quliyevanın mirasının bacılarına qalmasını tənqid edib. (axşam.az)