» » Aygün Kazımova 1 günə birinci oldu - DİVA “Apple Music”i ZƏBT EDİB - VİDEO FOTOLAR

Aygün Kazımova 1 günə birinci oldu - DİVA “Apple Music”i ZƏBT EDİB - VİDEO FOTOLAR


Xalq artisti Aygün Kazımovanın “Bilmək olmaz” super hiti dijital platformalarda satışa çıxdığı gün  “Apple Music TOP 100”də birinciliyi əldə edib.   

Bir gün ərzində liderliyi ələ alan Pop diva eyni zamanda “Apple Music” TOP 100-lüyünü zəbt edib. Belə ki, siyahıda ikinci yerdə də Aygün Kazımovanın “Parol” mahnısıdır.  

Bundan əlavə, ümumilikdə şou-biznesin yaradıcısının 9 mahnısı top listdə yer alır. Həmin siyahıda Aygün Kazımova yeganə müğənnidir ki, siyahıda bu qədər mahnısı var.  

Onu da qeyd edək ki, müğəninin “Bilmək olmaz” klipi “YouTube” trendində də 2 milyondan çox baxışla həftələrdir liderdir.  

Eyni zamanda mahnılar TikTok-da viral olub.