» » "Xanımımdan üzr istəmərəm, evin kişisiyəm"

"Xanımımdan üzr istəmərəm, evin kişisiyəm"


"Həyat yoldaşım qısqancdır. Amma onu qısqandıracaq nəsə etmirəm. Onun işinə qarışmıram".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu"Rəngarəng səhər" proqramında deyib. Sənətçi həyat yoldaşı Kəmalə xanımdan danışaraq bunları söyləyib:

"Dindardır, namaz qılır. Evdə oturub balarına baxır. Hər bir ailəyə Kəmalə kimi qadın arzulayıram. Bir dəfə qəlbimə dəyməyib, 24 saat qulluğumdadır. Ürəyi nə istəyir alıram. Qadınlara qızıl hədiyyə edirsən, bununla da könlünü alırsan. Ad günündə, başqa günlərdə alıram. Arvaddan üzr istəmərəm, evin kişisiyəm. Amma xanımımla qarşılıqlı hörmət edirik bir-birimizə".