» » Tacir Şahmalıoğlu: "Afaq Bəşirqızı Bəşir Səfəroğlu kimi sənətkarın mərd qızıdır"


"Afaq Bəşirqızı Bəşir Səfəroğlu kimi sənətkarın mərd qızıdır, onun bu vaxta kimi Azərbaycana misilsiz xidməti olub. İnsan səhv edə bilər. Səhvsiz təkcə Allahdır".
 
starxeber.az xəbər verir ki, bu barədə müğənni Tacir Şahmalıoğlu Buta.ws-ə özəl açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, Afaq Bəşirqızı, Azərbaycanın gülü, bülbülüdür və onu baltalamaq günahdır.
 
"Ümimiyyətlə mən bir söz demək istəyirəm. Azərbaycanda son zamanlar sosial şəbəkədə "balta çalanlar" yaranıb. Afaq Bəşirqızı Bəşir Səfəroğlu kimi sənətkarın mərd qızıdır, onun bu vaxta kimi Azərbaycana misilsiz xidməti olub. İnsan səhv edə bilər. Səhvsiz təkcə Allahdır. Səhv insan üçündür, insan xəta edə bilər. Məgər ondan ötrü insanı məhv eləmək lazımdır? Bu Azərbaycan üçün səhv bir addımdır. Kim səhv etsə ona dəstək olmaq yerinə, tez onu baltalayırlar. Bu düzgün iş deyil. Bəşirqızı toxunulmazdır. 10 milyon xalqın sevimlisidir. Bir səhv edib deyə onu öldürmək lazımdır? Mən onun haqda pis rəy yazanlara demək istəyirəm ki, bu bizimkidir. Sənətkarımıza bir səhvə görə bunu etməyək. Afaq xanım, Azərbaycanın gülü, bülbülüdür. Yenə də bildirmək istəyirəm ki, səhsiz yalnız Allahdır".