» » Dilarə keçmiş əri və qayınanası haqda: "Videolarımı paylaşırdı"


Müğənni Dilarə Kazımova "Hər şey daxil" verilişində keçmiş qayınanası və ərindən danışıb.

Sənətçi aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Sənə nə lazımdır ailə, sevgi, yoxsa sənət? Biri çıxıb desə ki, at sənəti gəl, evim, maşınım var, nə deyərsən" sualına belə cavab verib:

"Belə söhbət var idi. Mən ailə qurmazdan əvvəl təklif edildi. Keçmiş həyat yoldaşıma niyə ərə getdim? Çünki sənətimi qəbul edirdi. Onun anası, keçmiş qayınanam mənim videolarımı paylaşırdı. Anası səsimi sevirdi. Məni seçən adam, sevsə, mahnılarımı, sənətimi bəyənəcək. 

Ola bilsin açıq-saçıq şəkillər çəkdirməyəcəm, amma sənəti atmayacam. 16 yaşımdan oxuyuram, sevən adam bir-birini başa düşməlidir".

//Axsham.az