» » Türk ifaçı Röyanın "Doldur ürəyimi"ni seçdi


Türkiyənin məşhur müğənnisi Funda Arar Azərbaycanın Xalq artisti Röya Ayxanın “Youtube”da yeddi milyondan çox baxış sayı yığan “Doldur ürəyimi” adlı hitini oxuyacaq.

starxeber.az xəbər verir ki, Funda musiqisi Hakan Erola, sözləri Leyli Erola  məxsus olan "Doldur ürəyimi" mahnısını yeni albomuna daxil edib. "Doldur yüreğimi" adı ilə təqdim olunan mahnının türk variantı üzərində Sinan Akçıl işləyib.

Onun mahnıya klip çəkdirəcəyi də gözlənilir.