» » Küsülü olan Afətlə Roza efirdə barışdılar


Müğənni Roza Zərgərli ilə Afət Fərmanqızı barışıb.

starxeber.az xəbər verir ki, barışıq addımını Afət atıb. "Bizimləsən" verilişinin virtual qonağı olan Fərmanqızı studiyadakıları salamlayıb.

O, daha sonra proqramda yer alan bir qadının övladını atmasına münasibət bildirib.Afət verilişdə qonaq olan R.Zərgərlini xanıma misal çəkərək bunları deyib:"Müğənnimiz Roza xanımı görürəm. O, qadın Rozadan nümunə götürsün. Öz və övladlığa götürdüyü balalarına baxır.

Nə gözəl anadır".Zərgərli də onun barışıq addımına müsbət reaksiya verib. Qeyd edək ki, ifaçılar arasında qalmaqala Afətin Xalq artisti Flora Kərimovanın ünvanına sərt sözlər yazması olmuşdu.

Zərgərli F.Kərimovanın tərəfini tutaraq, Afəti tənqid etmişdi.