» » “Bazarstore”da lift şaxtasına düşən qız öldü


Mayın 10-da Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında lift şaxtasına düşən qız ölüb.

starxeber.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. 

Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub. Mayın 18-i günorta saatlarında A.Əliyeva xəstəxanada vəfat edib.

Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.