Seyran bu dəfə klipini Almaniyanın tarixi qəsrində çəkdirdi

Seyran bu dəfə klipini Almaniyanın tarixi qəsrində çəkdirdi - VİDEO

Maqazin 05-iyl, 21:57 2 119

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov  bu aya olan sayca ikinci klipini təqdim edib. 

operativ24.az xəbər verir ki,  ifaçı Cakomo Puççininin "Turandot" operasından ukraynalı tanınmış opera ifaçı Ludmila Larussonun ifasında "Nessun Dorma" ariyasına klip çəkib. 

Klipin çəkilişləri Almaniyanın tarixi Schloss Merode qəsrində lentə alınıb.


Maraqlıdır ki, bu, Seyranın iyul ayında ictimaiyyətə təqdim etdiyi ikinci klipidir. Daha əvvəl meksikalı məşhur müğənni Kim Moralesin “Viva la vida”  mahnısına klip çəkmişdir.  

Qeyd edək ki, Seyran İsmayılxanov “Almaniyanın Səsi 2019” müsabiqəsinin iştirakçısı olub. O, dörd dildə - rus, Azərbaycan, ingilis və alman dillərində söz yazıb, mahnı bəstələyir. S.İsmayılxanov bir neçə dəfə "Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.

Onu da deyək ki, S.İsmayılxanov Moskvada, Qazaxıstanda, Türkiyədə, Tacikistanda, Azərbaycanda, Fransada və Almaniyanın bir sıra şəhərlərində solo konsertlərlə çıxış edib. O, həmçinin Tacikistan müğənnisi Təhminə Niyazova ilə duet oxuyub.


Oxşar xəbərlər
z