» » Türkiyə-Azərbaycan dostluğu üçün "Sən gəlməz oldun"


Gənc azərbaycanlı ifaçı AltunAy ötən gün Türkiyədə "Sən gəlməz oldun" adlı məşhur mahnını iki dildə də kliplə təqdim edib.

starxeber.az xəbər verir ki, mahnının əsas qayəsi paylaşılan dil, ortaq keçmiş və mədəniyyətlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan dostluğudur.
"Doğulduğum yer Azərbaycan, böyüdüyüm yer isə Türkiyədir. Hər iki ölkədə sevilən mahnını ifa etməkdən çox məmnunam", - deyə AltunAy bildirib.
Məşhur prodüser və PR menecer Özgür arasın layihəsi olan "Sən gəlməz oldun" mahnısının musiqisi Ələkbər Tağıyevə, azərbaycanca sözləri Mədinə Gülgünə, türkcə sözləri isə Neşe Karaböcekə aiddir.
Mahnıların aranjımanı isə Alper Atakana aiddir.
Qeyd edək ki, AltunAy Azərbaycan Dövlət İqtisad Universitetinin dizaynerlik fakultəsini bitirib. O, daha sonra İstanbulda Refia Övünç Olqunlaşma İnstitutunun eyni fakultəsindən məzun olub.