» » Seyran Ismayılxanov yenidən konsert verdi FOTOLAR


Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov  bu aya olan sayca ikinci konsertini  təqdim edib. 

starxeber.az  xəbər verir ki,  sənətçinin bu dəfə konserti Almaniyanın  Berlin şəhərində baş tutub. 

Hər konsert proqramında müxtəlif obrazlarda olan Seyran bu dəfə də geyimi və rəqsləri ilə tamaşaçılarını təəccübləndirməyi bacarıb. Müğənni gecədə sevilən mahnılarını rəqqasə qızın əhatəsində səsləndirib.

 İki saat yarım davam edən gecədə Seyran onu dinləməyə gələn tanınmışlara da təşəkkür edib.