» » "Çox pis anayam" -


"İnsan yemək yeyəndə zövq alır. Mənim zövq aldığım başqa şeylər olsaydı, yeməkdən aralaşardım, amma yoxdur".

Bu sözləri müğənni Elnarə Xəlilova "Faydalı saat" verilişində deyib. Sənətçi artıq çəki almasının səbəbini açıqlayıb. Elnarı bildirib ki, pəhriz saxlaya bilmir:

"Son vaxtlar heç nədən zövq almıram. Biz 20 il əvvəl səhnəyə gələndə belə deyildi. Biz bekvokal da oxuduq, böyük müğənnilərin səhnəsində balaca yerlər də aldıq. Oradan başlayıb daha böyük səhnələrə gəldik. Bekvokal oxumağımdan, həyəcandan belə zövq alırdım. İndi heç nəyin dadı-duzu qalmayıb.
 
Mahnı da oxuyuram, hara çağrılır gedirəm, amma zövq yoxdur. Nəsə etməyə çalışıram, amma yoruluram".

Dörd uşaq anası olan Xəlilova övladlarına vaxt ayıra bilməməkdən gileylənib:

"Uşaqlarım mənim üzümə həsrətdir. Çox pis anayam, onlara vaxt ayıra bilmirəm. Oturub onlarla dərs edə bilmirəm. Bəlkə də heç nədən zövq almadığım üçün gücü vermişəm yeməyə".

//Axsam.az