» » Türkiyədə koronavirusla bağlı son vəziyyət


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 137 nəfər ölüb.

starxeber.az  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 642 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 6 682 nəfər sağalıb, ağır xəstə sayı isə 1 808 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 435 247 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 134 403 nəfər sağalıb, 25 210 nəfər isə ölüb.